SƏMƏD VURĞUNUN MOSKVADAN TELEGRAMI: RUS MƏKTƏBİ OLMAZ! | TANIYIB, BİLMƏDİKLƏRİMİZ… Hadisə belə, 1939-cu il, iyunun 6-da olmuşdu. “1944-cü il sentyabrın 1-də Səməd Vurğun Moskvada idi”, - deyə Xavər xanım danışmağa başlayır: “Mən Yusifi məktəbə qoyacaqdım. Sevindim ki, nə yaxşı Səməd burada yoxdur. Uşağı rus məkətəbinə verəcəyəm. Yusif özü də rusca təhsil almağa can atırdı. Uşağı musiqi məktəbinə, Asəf Zeynallı adına məktəbin direktoru Kövkəb xanımın yanına apardım. Ona uşağı rus bölməsinə qoymaq barədə fikrimi dedim”. “Zəhmət olmasa, bura gəlin”, - deyə Kövkəb xanım məni öz kabinetinə apardı və siyirtmədən bir telegram çıxardı. Səməd Vurğunun Kövkəb xanıma vurduğu telegramın məzmunu bundan ibarət idi: “Прошу принять моего сына азербайджанский группу”. “Səhərki sevincimin üstünə elə bil su töküldü. İndisə fəxr edirəm ki, nə yaxşı Səməd Vurğun bu qədər uzaq görən olub. Yusif rus dilində təhsil almış olsaydı, ondan Azərbaycan yazıçısı çıxmazdı”. AZƏRBAYCANLILARIN SOYQIRIMI, BÖYÜK GÜCLƏRİN PLANLI SİYASƏTİ İDİ: https://youtu.be/6E5ccD0sktc ŞAUMYANIN ÖLÜM XƏBƏRİ YALAN İDİ | BİZİM MÜSAHİB: https://youtu.be/xYgiATNxLUk Copyright © YENİAZTV YouTube kanalına abunə olun: https://www.youtube.com/channel/UCYXaob35s-RQ_vAKyR1kijQ Facebook - https://www.facebook.com/yeniazerbaycanTVmedia İnstagram - https://www.instagram.com/yeniaztv/ Rəsmi sayt: https://www.yeniazerbaycan.com/ #YENİAZTV #YeniAzərbaycanTV